Hörmətsizliyi baha başa gəldi: Sultan gəlinini bütün titullardan məhrum etdi

14.08.2026

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Bruney sultanının gəlinlərindən biri bütün titullarından məhrum olub. 

“Cebheinfo.az” xəbər verir ki, buna səbəb onun kral ailəsinin üzvlərinə hörmətsizlik etməsi olub.

Milli yayımçı “RTB News”-a görə, 33 yaşlı Pengiran Raabi'atul Adaviyya dünyanın ən uzun müddət hakimiyyətdə olan monarxı, 80 yaşlı Sultan Hassanal Bolkiaha hörmətsizlik etməkdə ittiham olunub.

Rəsmi açıqlamada Pengiranın cinayəti və ya hadisə ilə bağlı əlavə məlumat verilməyib.Məlumatı yayan Böyük Palata İdarəsi qərarın Sultanın şəxsi əmri əsasında verildiyini bildirib.

“Pengiranın titullarının ləğvi kral ailəsi üzvünün həyat yoldaşı üçün uyğun olmayan davranışdan sonra baş verib. Bu kral lininə yaraşmayan davranışdır”,-deyə rəsmi məlumatda bildirilir.

Pengiran 2015-ci ildə Şahzadə Əbdül Maliklə evlənib. Onların toyu kral sarayında 10 günlük dəbdəbəli mərasimlə qeyd olunub.

Cütlüyün dörd övladı var: Şahzadə Mutiah (10), Şahzadə Fathia  (Şahzadə Xaalisha (6) və Şahzadə Nabilah (16 ay).

Onların atası Bruney taxt-tacının dördüncü varisidir. Saraydan vurğulanıb ki, Pengiran titullarından məhrum edilsə də, uşaqlarına bu qərar təsir etməyib. Onların kral statusu saxlanılıb.

Xatırladaq ki, Hassanal Bolkiah 1984-cü ildən, yəni ölkə Britaniyadan asılılıına son qoyduqdan bəri kiçik dövləti mütləq monarx və baş nazir kimi idarə edir.

Sultan əvvəllər beynəlxalq mübahisələrin mərkəzində olub. 
Corc Kluni və Elton Con kimi məşhurlar onun Bruneydə eynicinsli münasibətlərə və zinakarlığa görə ölüm hökmü tətbiq etmək planlarına açıq şəkildə etiraz ediblər.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью