Hörmüz ABŞ üçün oyun meydançası deyil İrandan xəbərdarlıq

02.07.2026

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Bütün ticarət gəmiləri Hörmüz boğazından təhlükəsiz keçmək üçün İranın müəyyən etdiyi marşrut üzrə hərəkət etməlidir, əks halda, bunun nəticələri olacaq”.

525.az xəbər verir ki, bu barədə İranın "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahı bəyan edib.

Bildirilib ki, ABŞ-ın Hörmüz boğazına hər hansı müdaxiləsi silahlı qüvvələrin qətiyyətli və sürətli cavabı ilə qarşılanacaq.

“Hörmüz boğazı Amerika təcavüzkarı üçün oyun meydançası deyil, İranın mübahisəsiz suveren ərazisidir. Bu həyati əhəmiyyətli su yolunun təhlükəsizliyi və sabitliyi İranın güclü silahlı qüvvələri üçün qırmızı xəttdir", - bəyanatda vurğulanıb.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью