Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ və İran arasında əldə olunduğu bildirilən geosiyasi razılaşmalar beynəlxalq maliyyə bazarlarında yeni müzakirələrə səbəb olub. Bir sıra iqtisadçılar və maliyyə analitikləri hesab edirlər ki, qlobal siyasi risklərin azalması dolların dünya bazarlarındakı mövqeyinə təsir göstərə və onun müəyyən qədər ucuzlaşmasına səbəb ola bilər. Bu fonda Azərbaycanda da vətəndaşları maraqlandıran əsas suallardan biri dolların məzənnəsində mümkün dəyişikliklərin manatın dəyərinə və alıcılıq qabiliyyətinə necə təsir göstərə biləcəyidir.
Bir çox ölkələrdə milli valyutaların məzənnəsi beynəlxalq bazarlarda baş verən proseslərdən birbaşa asılı olsa da, Azərbaycanda tətbiq olunan məzənnə siyasəti fərqli xüsusiyyətlərə malikdir.
Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda manatın dollara qarşı məzənnəsi beynəlxalq valyuta bazarlarında baş verən gündəlik dəyişikliklərdən birbaşa asılı deyil.
Onun sözlərinə görə, ölkədə tətbiq olunan tənzimlənən məzənnə rejimi manatın xarici valyutalara münasibətdə kəskin dəyişikliklərə məruz qalmasının qarşısını alır.
"Bizdə inzibati məzənnə sistemidir. Dünyada dolların bahalaşması, ucuzlaşması manata heç cür təsir eləmir, çünki biz bunu bundan öncə də görmüşük".
İqtisadçı qeyd edib ki, son illərdə beynəlxalq valyuta bazarlarında dolların digər əsas valyutalara qarşı həm bahalaşdığı, həm də ucuzlaşdığı dövrlər olub. Lakin həmin dəyişikliklər Azərbaycan manatının məzənnəsində nəzərəçarpacaq dəyişiklik yaratmayıb.
"Cəmi bir neçə il əvvəl dollar xeyli ucuzlaşmışdı, avro bahalaşmışdı və yaxud da əksinə, dollar bahalaşmışdı, avro ucuzlaşmışdı. Başqa valyutalar da dollar qarşısında dəyər itirmişdi, amma bunun manata heç bir təsiri olmadı".
Natiq Cəfərlinin sözlərinə görə, bunun əsas səbəbi Azərbaycanda sərbəst üzən məzənnə deyil, tənzimlənən məzənnə mexanizminin tətbiq edilməsidir.
"Bizdə inzibati məzənnə, tənzimlənən məzənnə rejimi olduğuna görə dünyadakı dolların dəyişimi hansısa bir formada manata heç cür təsir eləmir".
Ekspert hesab edir ki, beynəlxalq bazarlarda dolların digər valyutalara qarşı zəifləməsi və ya möhkəmlənməsi daha çox avro, funt sterlinq, yen və digər sərbəst üzən valyutaların məzənnələrində özünü göstərir. Azərbaycan manatının məzənnəsi isə fərqli mexanizmlərlə formalaşdığı üçün qlobal dəyişikliklərin birbaşa təsiri hiss olunmur.
Bununla belə, qlobal maliyyə bazarlarında baş verən proseslər uzunmüddətli perspektivdə enerji qiymətləri, ticarət əlaqələri və beynəlxalq iqtisadi mühit vasitəsilə dolayı təsirlər yarada bilər. Lakin dolların dünya bazarında bahalaşması və ya ucuzlaşması avtomatik olaraq manatın məzənnəsinin dəyişəcəyi anlamına gəlmir.
Beləliklə, manatın sabitliyi ilə bağlı əsas amillər ölkənin valyuta ehtiyatları, enerji gəlirləri, ixrac potensialı və Mərkəzi Bankın həyata keçirdiyi məzənnə siyasəti olaraq qalır.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Bir çox ölkələrdə milli valyutaların məzənnəsi beynəlxalq bazarlarda baş verən proseslərdən birbaşa asılı olsa da, Azərbaycanda tətbiq olunan məzənnə siyasəti fərqli xüsusiyyətlərə malikdir.