“Hörmüz boğazı İranın problemləri həll olunana qədər bağlı qalacaq”

08.10.2026

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Hörmüz boğazından gəmiçilik yalnız İranın qarşılaşdığı bütün problemlər həll edildikdən sonra normal rejimə qaytarılacaq”.

525.az xəbər verir ki, bu barədə IRNA agentliyi İranın Ali liderinin müşaviri Məhəmməd Mohberə istinadən məlumat yayıb.

“Hörmüz boğazı ölkənin problemləri həll olunana qədər açılmayacaq”, — o deyib.

Mohber əlavə edib ki, Tehran qarşı tərəfin strategiyasındakı dəyişikliklərə mütənasib olaraq öz strategiyasını dəyişir. Onun sözlərinə görə, İranın atacağı addımlar müxtəlif xarakter daşıya bilər, lakin İslam Respublikasının rəhbərliyi dövlətin ən yüksək maraqlarına cavab verən hər şeyi edir.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью