Hörmüz boğazı üçün Tehrana gedəcək

24.08.2026

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Omanın xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi çərşənbə axşamı günü İranın paytaxtı Tehrana səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, "Reuters"in İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqaiyə istinadən yaydığı məlumata görə, səfər Hörmüz boğazındakı vəziyyət və regionda davam edən gərginliyin müzakirəsi məqsədi daşıyır.

Bəqai bildirib ki, Pakistan ordusunun komandanı Asim Munir də İrana səfər edəcək. O, daha əvvəl Tehranla Vaşinqton arasında danışıqlarda vasitəçi kimi çıxış edib.

Günəş Mərd 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью