Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İran və Oman arasında Hörmüz boğazı ilə bağlı danışıqlar əhəmiyyətli dərəcədə irəliləyib.
Bu barədə “Al Jazeera“ Qətərin Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsariyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, danışıqlar hazırda həlledici mərhələdədir.
Doha regionda gərginliyin azaldılmasına yönəlmiş bütün səyləri dəstəkləyir.
“Vasitəçilər kimi biz Hörmüz boğazının mümkün qədər tez yenidən açılmasını istəyirik”, – əl-Ənsari bildirib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin