525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yalnız 4 ölkənin gəmiləri Hörmüz boğazında tranzit məhdudiyyətlərindən azaddır.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini Əmir Həyat Mükaddim bildirib.
"Hazırda biz Hindistan, Çin, İraq və Qətəri Hörmüz boğazında tranzit məhdudiyyətlərindən azad etmişik. Bu ölkələrin gəmiləri sərbəst keçir. Amerikalılar bu gəmilərə müdaxilə etmir", - deyə o vurğulayıb.
Mükaddim həmçinin Qətərdən tranzit haqqı almadıqlarını bildirib və əlavə edib ki, bu istisnalar konkret səbəblərə əsaslanır və qarşılıqlı maraqlara uyğun hərəkət edirlər.
İran rəsmisinin sözlərinə görə, Hindistan gəmiləri üçün keçidin asanlaşdırılması ölkədən dərman idxalını mümkün etmək üçün nəzərdə tutulub.
Çin gəmiləri üçün isə güzəşt isə Pekinin siyasi dəstəyini qazanmaq məqsədi daşıyır.
İbrahim Cəfərov