Hörmüz boğazında Britaniya tankerinə üç zərbə endirilib

01.09.2026

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Böyük Britaniya Dəniz Ticarət Təşkilatı (UKMTO) bildirib ki, Oman sahillərində Hörmüz boğazından keçən bir tankerə mənşəyi və növü naməlum üç zərbə endirilib.

Xəbəri “Anadolu” yayıb. 

Təşkilatın açıqlamasına görə, hadisə Omanın Xasab şəhərindən 17 dəniz mili şərqdə baş verib. Tankerə mənşəyi və növü hələ müəyyən edilməmiş üç sursat zərbəsi endirilib. Hadisə nəticəsində ölən olmayıb və ətraf mühitə heç bir ziyan dəyməyib.

Səlahiyyətli orqanlar hadisənin baş vermə səbəblərini araşdırmaq üçün araşdırmalara başlayıblar.

UKMTO Hörmüz boğazından keçən gəmilərə daha ehtiyatlı olmağı və hər hansı şübhəli fəaliyyət və ya hadisə barədə məlumat verməyi tövsiyə edib.

P.ƏMİRCANOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью