Hörmüz boğazında gəmi minaya düşüb

13.11.2026

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hörmüz boğazının şərqində mayeləşdirilmiş təbii qaz daşıyan gəmi dəniz minasına düşüb.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidmətinin məlumatına görə, hadisə cümə günü baş verib.

Bildirilib ki, gəmi dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, boğazın İran tərəfindən icazəsiz hesab edilən təhlükəli cənub marşrutu ilə hərəkət etməyə çalışıb. Nəticədə gəmi dəniz minasına çırpılıb və güclü partlayış baş verib.

SEPAH Hərbi Dəniz Qüvvələrinin məlumatına əsasən, gəminin Amerika qırıcı təyyarələrinin müşayiəti ilə hərəkət edəcəyi gözlənilirdi.

Aişə
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью