Hörmüz boğazında gəmi trafiki təkrəqəmli göstəriciyə enib

12.09.2026

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Hörmüz boğazından keçən gəmilərin sayı ötən gün 7-yə düşüb. Bu rəqəm əvvəlki gün 11, son 10 gün üzrə orta göstərici isə 15 olub.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, həmin 7 gəmidən 2-si boğazdan çıxıb. Tankerlərdən biri gübrə daşıyıb, digəri isə boş üzüb. Boğaza daxil olan 5 tanker - quru yük daşıyan “Panamax”, polad daşıyan “Handysize”, taxıl daşıyan “Handysize”, neft məhsulları daşıyan tanker və quru yük daşıyan “Supramax” gəmiləridir.

Bundan başqa, “QatarEnergy” ilə əlaqəli iki boş gəmi – “Al Ghashamiya” və “Al Daayen” müvafiq olaraq 9 və 6 sentyabr tarixlərində Hörmüz boğazında müşahidə olunub. Gəmilər əvvəllər isə 6 və 3 sentyabr tarixlərində boğazın kənarında müşahidə edilmişdi.

Həmçinin ötən gün Bab əl-Məndəb boğazından 26 gəmi keçib. Onlardan 10-u boğaza daxil olub, 16-sı isə buradan çıxıb.

Qeyd edək ki, Yaxın Şərqdəki müharibədən əvvəl Hörmüz boğazından gündəlik 125 böyük gəmi keçirdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью