Hörmüz boğazında gəmi vuruldu: Yaralılar var

06.05.2026

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

"CGM San Antonio" yük gəmisi çərşənbə axşamı Yaxın Şərqdə hücuma məruz qalıb. "Cebheinfo.az" xəbər verir ki, hadisədə bir neçə heyət üzvü yaralanıb.

Çərşənbə axşamı Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) Hörmüz boğazında bir yük gəmisinin raketlə vurulduğunu bildirib. Gəminin adı açıqlanmayıb:

"Fars körfəzi yaxınlığındakı bir yük gəmisi mümkün quru raket hücumuna məruz qalıb və onun bir neçə filippinli heyəti yaralanıb". Fransa şirkətinə məxsus "CGM San Antonio" gəmisinə zərbə yerli vaxtla çərşənbə axşamı günü axşam saatlarında baş verib. ABŞ rəsmiləri xəbəri təsdiqləyib.

CBS isə qeyd edib ki, gəmi günorta saatlarında Dubay yaxınlığında olub, lakin sonrakı təyinat yeri bəlli deyil. 

Xəzər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью