Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İki nəfəşəkəş supertanker Hörmüz boğazında yanaraq dayanıb.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) gəmilərin İranla razılaşdırılmamış marşrutla keçməyə cəhd edərkən yandığını bildirib.
Qeyd olunub ki, tankerlərdən biri minaya düşərək dayanıb, digərində isə güclü yanğın baş verib. Alovu söndürməyə çalışan yedək gəmi də yanmağa başlayıb.
Zeynəb Rzayeva