Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Hörmüz boğazı ərazisində Cənubi Koreya və Səudiyyə Ərəbistanına məxsus olan iki nəhəng neft tankeri mərmi hücumuna məruz qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə dəniz risklərinin qiymətləndirilməsi üzrə ixtisaslaşan "Marisks" (Maritime Risk Services) şirkətinə istinadən "Bloomberg" agentliyi məlumat yayıb.
Məlumata görə, Səudiyyə Ərəbistanının "Bahri" şirkətinin balansında olan, xam neft daşınmasında istifadə edilən irihəcmli "Sidr" gəmisinə Omanın Xəsəb limanının 17 dəniz mili şimal-şərq istiqamətində zərbə endirilib.
Bildirilir ki, "Sinokor Group" şirkətinə aid "Senegal Prosperity" tankeri isə həmin ölkənin şərqindən hərəkət edərkən üç mərmi zərbəsinə məruz qalıb. "Marisks"in məlumatına əsasən, mövqelərini gizlətmək üçün AIS transponderlərini söndürən hər iki tanker Fars körfəzindən çıxmaq üzrə olub.
Nəşr qeyd edir ki, strateji əhəmiyyətli dəniz dəhlizində hücumların yenidən başlaması neft tədarükünün bərpasına ciddi təhlükə yaradır. Hazırda bu marşrutla daşınma həcmləri müharibədən əvvəlki səviyyənin təxminən yarısına çatmışdı.
Bölgədə vəziyyətin gərginləşməsindən sonra Londonun ICE birjasında noyabr ayı üçün nəzərdə tutulan "Brent" markalı neft füçerslərinin qiyməti cari ilin 25 avqustundan bəri ilk dəfə olaraq bir barel üçün 92 dolları ötüb. Bunu ticarət məlumatları da təsdiqləyir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin