Hörmüz boğazında LNG daşıyan gəmidə partlayış olub

25.11.2026

Icma.az, Apa.az saytına istinadən bildirir.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz daşıyan gəminin partladığını və yanğın baş verdiyini bildirib.

APA-nın Tehran bürosunun məlumatına görə, SEPAH Hərbi Dəniz Qüvvələri bu gün axşam saatlarında bir LNG daşıyan gəminin mövqeləndirmə sistemlərini söndürməklə böyük riskə getdiyini və Hörmüz boğazından keçərkən dəniz minasına düşərək partladığını açıqlayıb.

SEPAH bildirib ki, Hörmüz boğazında İranın müəyyən etdiyi qaydaları pozan, ABŞ ordusunun vədinə uyğun boğazdan icazəsiz keçən gəmilər dəniz minasına düşmək təhlükəsi ilə üzləşirlər.

Qeyd edək ki, bir qədər əvvəl İran ordusu da Hörmüz boğazının şərqində bir neft tankerində yanğın baş verdiyini və gəminin hərəkətinin dayandığını açıqlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью