Hörmüz boğazında tanker atəşə tutulub

07.07.2026

Ayna saytına istinadən Icma.az xəbər verir.

İran rəsmi olaraq hücuma görə məsuliyyəti öz üzərinə götürməyib

İran dövlət televiziyası Qətərdən LNG daşıyan tankerin Hörmüz yaxınlığında atəşə tutulduğunu və gəminin xəbərdarlıqlara məhəl qoymadığını iddia edib. AYNA.AZ xəbər verir ki, bu barədə AP məlumat yayıb.

Telekanal tankerin Oman sahillərində hücuma məruz qaldığına "işarə" etsə də, agentlik qeyd edir ki, İran rəsmi olaraq hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

Qeyd edək ki, ötən həftə İran komandirləri Hörmüz boğazından keçən bütün tankerlərin təsdiq edilmiş marşrutlardan istifadə etməli olduqları barədə xəbərdarlıq etmişdilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью