Hörmüz boğazında tanker minaya düşüb

17.10.2026

Icma.az bildirir, Ayna portalına istinadən.

Partlayışdan sonra tanker səyahətinə davam edə bilməyib

Hörmüz boğazını keçməyə çalışan daha bir supertanker minaya düşüb. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

Bildirilib ki, naviqasiya sistemlərini söndürən supertanker alternativ cənub marşrutu ilə Hörmüz boğazından çıxmağa çalışarkən minaya toxunub və zərbə onun mühərrik bölməsində partlayışa səbəb olub. Partlayışdan sonra tanker səyahətinə davam edə bilməyib.

Hadisə ilə bağlı hələlik əlavə məlumat yoxdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью