Hörmüz boğazında tanker vuruldu

27.08.2026

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hörmüz boğazında bir tanker naməlum mərmi ilə vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) məlumat yayıb.

Zərbədən sonra tankerin göyərtəsində yanğın olsa da, qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində heyət üzvlərindən heç biri xəsarət almayıb və itkin düşməyib. İnsidentin ətraf mühitə də təsir göstərmədiyi bildirilib.

Hadisənin səbəbləri araşdırılır. UKMTO bölgədəki gəmiləri ehtiyatlı olmağa və şübhəli fəaliyyət barədə məlumat verməyə çağırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью