Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Hörmüz boğazından keçməyə çalışan gəmiyə hücum edilib.
APA xəbər verir ki, bu barədə Birləşmiş Krallıq Dəniz Ticarəti əməliyyatları (UKMTO) məlumat yayıb.
Tankerin naməlum obyektlə hədəfə alındığı, gəmi heyəti arasında itki olmadığı bildirilib.
Məsələnin digər detalları hələlik açıqlanmayıb.