Hörmüz boğazında tankerə hücum olub, yanğın baş verib

17.11.2026

Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.

Xəsab şəhərindən 7 dəniz mili şimalda, Oman sahillərində Hörmüz boğazından keçən tankerə hücum edilib.

AZXEBER.COM-un Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinə (UKMTO) istinadən məlumatına görə, hadisə barədə üçüncü tərəfdən bildirilib.

Hücum nəticəsində gəminin hərəkəti dayanıb və mühərrik otağında yanğın baş verib. Bütün heyət üzvləri təhlükəsizdir.

Gəmiyə vurulan ziyanın miqyası və ətraf mühitə dəyən mümkün ziyan hələ müəyyən edilməyib.

UKMTO gəmiləri ərazidən daha ehtiyatla keçməyə və hər hansı şübhəli fəaliyyət barədə məlumat verməyə çağırıb.

Hadisənin səbəbi araşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью