Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İran Hörmüz boğazından keçidlə bağlı qoyulan məhdudiyyətləri pozan gəmilərin hərəkətini tamamilə dayandıra bilər.
Redaktor.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi İran rəsmilərinə istinadən məlumat yayıb.
İran rəsmilərindən biri boğazın bağlanması ilə bağlı “Tezliklə tamamilə bağlanacaq” açıqlamasını verib.
Birgə Dəniz Məlumat Mərkəzinin (JMIC) son hesabatında Hörmüz boğazında ticarət gəmiləri üçün təhlükə səviyyəsi “ciddi” kimi qiymətləndirilib. Bu, mərkəzin təsnifat sistemində ikinci ən yüksək təhlükə səviyyəsidir.
Müstəqil məlumatlara görə, son günlər boğazdan keçən ticarət gəmilərinə hücumların sayı kəskin artaraq münaqişənin başlanmasından bəri ən yüksək həddə çatıb.
Aytəkin TFOİQQIZI