Hörmüz boğazında üç neft tankeri partladı

08.11.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Hörmüz boğazında İranın icazə vermədiyi marşrutla hərəkət edən üç tanker partlayaraq güclü yanğına məruz qalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

SEPAH qeyd edib ki, insidentlər tankerlərin naviqasiya və identifikasiya sistemlərini söndürməsi, eləcə də ABŞ ordusunun hərəkətləri nəticəsində baş verib.

Qurum əlavə edib ki, Hörmüz boğazından keçidlə bağlı İranın müəyyən etdiyi qaydalar bütün gəmilərə dəfələrlə çatdırılıb. Qaydaları pozan və ABŞ hərbçilərinin köməyi ilə icazəsiz marşrutlardan keçən gəmiləri də eyni aqibətin gözlədiyi bildirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью