Hörmüz boğazında üçüncü tanker də yandı KONKRET

17.11.2026

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Noyabrın 17-də bir gün ərzində üç tanker Hörmüz boğazının şərqində minaya düşüb.

KONKRET.az xəbər verir ki, bu barədə İran ordusunun Hərbi Dəniz Qüvvələrinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

“Bu tankeri də nəzərə alsaq, bu gün səhərdən etibarən Hörmüz boğazının şərqində mina ilə toqquşduqdan sonra yanaraq hərəkətsiz qalan tankerlərin sayı üçə çatıb”, – deyə bəyanatda bildirilib.

Məlumatda vurğulanır ki, Hörmüz boğazı gəmiçilik üçün bağlıdır. Boğazdan təhlükəsiz keçid üçün İran silahlı qüvvələri ilə koordinasiya və təhlükəsiz ərazilərdə hərəkət etmək tələb olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью