Hörmüz boğazında vurulan gəmidə itkin düşənlər var

11.03.2026

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hörmüz boğazında naməlum mərmilərlə vurulan Tayland gəmisindən iyirmi heyət üzvü xilas edilib.

"Unikal" xəbər verir ki, bu barədə Tayland Nəqliyyat Nazirliyi açıqlayıb. 

Açıqlamada qeyd olunub ki, üç heyət üzvü itkin düşüb.

Nazirlik bildirib ki, heyət gəmini xilasetmə qayığında tərk edib və Oman donanması tərəfindən xilas edilib: "Gəminin arxa hissəsində partlayış olub və qalan üç heyət üzvünün işlədiyi mühərrik bölməsində yanğın baş verib".

Onların axtarışı davam edir.

Ağarza Elçinoğlu 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью