Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var

23.09.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Qahirə, 23 sentyabr, AZƏRTAC

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi Hörmüz boğazında bu gün bir gəminin naməlum mərmi ilə vurulduğunu açıqlayıb.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində gəmidə yanğın baş verib.

Təxliyə edilən gəmi heyətindən ikisinin xəsarət aldığı bildirilir.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью