Hörmüz boğazından bir həftədə 108 milyon barel neft daşınıb

24.11.2026

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ötən həftə Hörmüz boğazından ABŞ qüvvələrinin nəzarəti altında 108 milyon barel neft daşınıb.

“Al Hadath” telekanalının məlumatına görə, bunu ABŞ administrasiyasının nümayəndəsi bildirib.

Onun sözlərinə görə, bu, Fars körfəzi regionunda ABŞ və İran arasında münaqişənin başlanmasından bəri qeydə alınan ən yüksək həftəlik göstəricidir.

“Ötən həftə ABŞ qüvvələrinin nəzarəti altında Hörmüz boğazından rekord həcmdə neft daşınıb”, – deyə amerikalı rəsmi vurğulayıb.

Bildirilib ki, daşınan neft Fars körfəzi ölkələrindən ixrac olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью