Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Dünya enerji bazarları və beynəlxalq təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyan Hörmüz boğazı ilə bağlı diplomatik səylər davam edir.
Beynəlxalq xəbər agentliyi “Röyters”-in məlumatına görə, İran və Oman arasında Körfəz regionunda gərginliyin azaldılması və Hörmüz boğazından keçidlərin təhlükəsizliyinin təmin olunması ilə bağlı müzakirələr aparılır.
Hörmüz boğazı dünya neft daşımalarının ən mühüm marşrutlarından biri hesab olunur. Regionda yaranan gərginlik enerji bazarlarında qiymət dəyişikliklərinə və beynəlxalq ticarət axınlarına təsir göstərə bilər.
Məlumata əsasən, danışıqlar fonunda əsas diqqət təhlükəsizliyin təmin edilməsi, regional sabitliyin qorunması və mümkün böhranın genişlənməsinin qarşısının alınmasına yönəlib.
Ekspertlərin fikrincə, Körfəz regionunda sabitliyin qorunması yalnız enerji bazarları üçün deyil, həm də qlobal iqtisadi təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır.
N.Adilqızı
XQ