Hörmüz böhranı gübrəni də bahalaşdırdı

01.10.2026

Bakupost saytına istinadən Icma.az xəbər verir.


Hörmüz boğazında yaranan təchizat problemləri və Yaxın Şərqdəki müharibə qlobal gübrə bazarında qiymətləri artırıb. Diammonium fosfat gübrəsinin qiyməti ilin ilk 9 ayında 28,4 faiz bahalaşaraq tonuna 802,5 dollara çatıb.

“Bakupost” xəbər verir ki, gübrənin qiyməti 2025-ci ili tonuna 625 dollarla başa vurmuşdu. Eyni dövrdə qarğıdalının qiyməti 13,3 faiz, soyanın qiyməti isə 22,6 faiz artıb.

Gübrə istehsalında təbii qaz və ammonyak əsas xərclərdən olduğundan enerji qiymətlərinin yüksəlməsi istehsal xərclərini artırıb. Gübrə ticarətinin təxminən üçdə birinin Hörmüz boğazından keçməsi isə təchizatla bağlı riskləri gücləndirib.

Artan xərclər fermerlərin gübrə istifadəsini azaltmasına və nəticədə məhsuldarlıqla bağlı gözləntilərin aşağı düşməsinə səbəb ola bilər.

Vüsalə Hüseynova,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью