Icma.az, Axar.az saytına istinadən bildirir.
İran ABŞ-a məxsus MQ-9 pilotsuz uçuş aparatını Hörmüz boğazı üzərində vurub.
Axar.az xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.
“İslam İnqilabı Keşikçiləri Korpusunun qüvvələri yeni və müasir hava hücumundan müdafiə sistemindən istifadə edərək Hörmüz boğazının şərq hissəsində MQ-9 tipli pilotsuz uçuş aparatını məhv edib”, - məlumatda bildirilib.
Qeyd edək ki, son bir neçə gündə SEPAH ABŞ-a məxsus 4 ədəd MQ-1 PUA-sı vurduğunu elan etmişdi.