Hörmüz yaxınlığında ABŞ helikopteri Panama gəmisini atəşə tutdu

11.08.2026

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

ABŞ hərbi helikopteri İran limanlarına tətbiq olunan dəniz blokadasını pozan və şəxsi heyətin xəbərdarlıqlarına məhəl qoymayan Panama bayrağı altında üzən gəmini atəşə tutub.
Bizim.Media xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Atəş zamanı gəminin sükan qurğusu hədəfə alınıb.
 

Hadisə nəticəsində ölən və ya yaralananlar barədə hələlik məlumat yoxdur. Bildirilib ki, hücumdan sonra gəmi heyətinin başqa bir mülki gəmi ilə təxliyə edilməsi üçün tədbirlər görülür.


Britaniyanın dəniz risklərinin idarə edilməsi üzrə “Vanguard” şirkəti və dəniz təhlükəsizliyi üzrə mənbə daha əvvəl bildiriblər ki, ilkin qiymətləndirmələrə əsasən, Panama bayrağı altında üzən “Vela Nova” konteyner gəmisinin Oman körfəzindən keçərkən raket zərbəsinə məruz qaldığı ehtimal edilir.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью