Hörmüzdə 2 filippinli həlak olub

03.09.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Səudiyyə Ərəbistanının "Bahri" gəmiçilik şirkətinə məxsus SIDR tankeri Hörmüz boğazından keçərkən baş vermiş insident nəticəsində iki filippinli dənizçi həlak olub. Bu barədə "Bahri" şirkəti "X" sosial şəbəkəsində məlumat yayıb. "Bahri" təsdiq edir ki, şirkətə məxsus "SIDR" gəmisi 2026-cı il avqustun 31-də yerli vaxtla saat 23:40 radələrində Hörmüz boğazından keçərkən təhlükəsizliklə bağlı insidentlə üzləşib. "Bahri" insident nəticəsində iki filippinli heyət üzvünün həlak olmasını təsdiqləyir", - məlumatda bildirilib.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью