Hörmüzdə 2 gəmi saxlanılıb

30.10.2026

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Hörmüz boğazında iki neft tankeri ilə bağlı narahatlıq baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda İran İslam İnqilabı Keşikçiləri Korpusu məlumat yayıb.

“Hörmüz boğazının şərq və qərb hissələrində olan iki tanker qadağan olunmuş marşrutla hərəkət etməyə cəhd göstərib. Onlar insidentə səbəb olub və nəticədə boğazın cənub sularında saxlanılıblar”, - məlumatda deyilir.

İran hərbçiləri bildiriblər ki, tankerlər radar və naviqasiya sistemləri söndürülmüş vəziyyətdə hərəkət edib, həmçinin İİİKK-nin hərbi-dəniz qüvvələri tərəfindən edilən xəbərdarlıqlara məhəl qoymayıblar. İİİKK əlavə edib ki, gəmilər ABŞ-nin dəstəyi ilə fəaliyyət göstəriblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью