Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından icazəsiz keçməyə çalışan üç neft tankerini saxladığı və tankerlərin Fars körfəzinə qayıtdığı bildirilib.
"Cebheinfo.az" xəbər verir ki, İran dövlət televiziyasının verdiyi məlumata görə, Hörmüz boğazında İİKK tərəfindən üç neft tankeri saxlanılıb. Gəmilərin İİKK ilə razılaşdırılmadan Hörmüz boğazından keçməyə çalışdığı və onlara xəbərdarlıq edildiyi və dayandırıldığı bildirilib. Xəbərdarlıqlardan sonra gəmilər Fars körfəzinə qayıdıb. Həmçinin bildirilib ki, Hörmüz boğazından gəmilər yalnız İran tərəfindən müəyyən edilmiş marşrutla və İran Silahlı Qüvvələri ilə razılaşdırılaraq həyata keçirilməlidir.
Digər tərəfdən, İran lideri Müctəba XameneYinin baş müşaviri və ölkənin tanınmış siyasətçisi Əli Əkbər Vilayəti ABŞ-da yerləşən "X" şirkətinin sosial media platformasındakı paylaşımında "bölgədəki ərəb dövlətlərinin sabitliyi İranın Hörmüz boğazı üzərində əsrlik nəzarətinə borcludur" deyə iddia edib. ABŞ və Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Hörmüz boğazı ilə bağlı yaydığı birgə bəyanata reaksiya verən Vilayəti bildirib:
"Qoy bölgənin sakinləri və siyasi azlıqları sifarişli bəyanatlarla özlərini təsəlli etməsinlər. Bilin ki, sizin varlığınız bu masadan tökülən qırıntılarla qidalanır".
ABŞ və KƏŞ ölkələrinin xarici işlər nazirləri dünənki görüşlərində İranla yekun razılığa gəlmək üçün danışıqların davam etməli olduğunu və Hörmüz boğazından keçid üçün hər hansı bir ödənişin qəbul edilməyəcəyini bildiriblər. Nazirlər, həmçinin vurğulayıblar ki, davamlı regional sülh və təhlükəsizlik İranın ballistik raketləri, dronları və bölgədəki proksi qüvvələrə dəstək də daxil olmaqla bütün təhdidlərin aradan qaldırılması üçün tədbirlər tələb edir. Onlar qeyd ediblər ki, Livanda davamlı təhlükəsizlik üçün qeyri-dövlət silahlı qrupları Livan hökumətinin nəzarəti altına keçməlidir.
Nigar
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin