Hörmüzdə daha bir tanker dronla vuruldu

14.08.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Hörmüz boğazında daha bir tanker dronla hədəfə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Birləşmiş Krallığın Dəniz Ticarəti Əməliyyatları (UKMTO) məlumat yayıb.

Bildirilib ki, tanker Hörmüz boğazından çıxarkən dron zərbəsinə məruz qalıb.

Nəticədə tankerə yüngül ziyan dəyib.

Hadisə insan tələfatına və xəsarətə səbəb olmayıb.

Qeyd edək ki, bundan əvvəl BƏƏ-nin neft şirkətinə məxsus tankerlər Hörmüz boğazında hədəfə alınıb. BƏƏ hadisə ilə bağlı İranı günahlandırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью