Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Böyük neft tankeri Hörmüz boğazından keçərkən minaya düşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Məlumata görə, nəticədə gəmidə güclü partlayış və yanğın baş verib.
SEPAH Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, tanker bütün radar sistemlərini söndürərək, İranla razılaşdırılmamış marşrut üzrə hərəkət edib.
Tanker 2 milyon bareldən çox neft daşıyıb.
Tankerin adı və hadisənin vaxtı açıqlanmayıb.
Hadisə ilə bağlı məlumat hələlik digər mənbələr tərəfindən təsdiqlənməyib.