Hörmüzdə gəmilər minaya düşüb? ABŞ dan bəyanat

29.10.2026

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərq üzrə Mərkəzi Komandanlığı (CENTCOM) İranın Hörmüz boğazında kommersiya gəmilərinin mütəmadi olaraq dəniz minalarına düşməsi ilə bağlı iddialarını təkzib edib.

Axar.az xəbər verir ki, bu barədə CENTCOM-un yaydığı bəyanatda bildirilib.

“Son günlər və həftələr ərzində İranın nəzarətində olan media vasitələri Hörmüz boğazından keçən kommersiya gəmilərinin dəniz minalarına düşməsi ilə bağlı İran tərəfinin iddialarını yayır. Bu iddialar yalandır”, – deyə bəyanatda qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью