Hörmüzdə iki tankerə hücum edildi

14.08.2026

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli neft şirkəti olan ADNOC-a məxsus iki tanker Hörmüz boğazından keçərkən hədəfə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BƏƏ-nin rəsmi WAM agentliyi məlumat yayıb.

Bildirilib ki, tankerlər boğazdan keçərkən hücuma məruz qalıb. Hadisənin təfərrüatı və gəmilərə hansı silahla zərbə endirildiyi açıqlanmayıb.

BƏƏ Xarici İşlər Nazirliyi hadisəni pisləyib. Nazirlik hücumun BMT Təhlükəsizlik Şurasının dəniz nəqliyyatının azadlığını qoruyan və ticarət gəmilərinin hədəfə alınmasını qadağan edən 2817 saylı qətnaməsinin açıq şəkildə pozulması olduğunu bildirib.

Qeyd edilib ki, kommersiya gəmilərinin hədəfə alınması və Hörmüz boğazından təzyiq vasitəsi kimi istifadə edilməsi regionun sabitliyinə, insanların təhlükəsizliyinə və qlobal enerji təminatına ciddi təhlükə yaradır.

Əbu-Dabi İranı bu cür addımlara son qoymağa çağırıb və Hörmüz boğazının tam və qeyd-şərtsiz açılmasını tələb edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью