Hörmüzdə iPhone daşıyan gəmi batdı qayıqlarla daşıdılar

15.10.2026

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hörmüz boğazında 2500-dən çox konteyner elektronika daşıyan gəmi batıb.

Modern.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, onların içində "iPhone" yüklü konteynerlər də olub.

Bildiilib ki, Sinqapur bayrağı altında üzən "GFS Pride" gəmisi oktyabrın 14-də dənizdə minaya düşüb.

Gəminin bütün heyət üzvləri təxliyə edilib. Gəminin batmasından sonra yükün bir hissəsi açıq dənizə səpələnib.

Yerli sakinlər qayıqlarla dənizə çıxaraq elektronika və digər məhsullar olan qutuları toplayırlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью