Hörmüzdə mina partladı, gəmi batdı İrandan xəbərdarlıq

14.10.2026

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hörmüz boğazının cənubunda dəniz minasının partlaması və ardınca baş verən yanğın nəticəsində göyərtəsində 2500-dən çox konteyner olan yük gəmisi batıb.

Axar.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin bəyanatına istinadən məlumat yayıb.

İran hərbçilərinin bəyanatına görə, gəmi boğazdan onların icazəsiz və təhlükəli adlandırdıqları marşrutla keçməyə cəhd edib.

Dəniz minası ilə toqquşmadan sonra gəmidə partlayış baş verib, ardınca güclü yanğın başlayıb. Nəticədə konteynerdaşıyan gəmi batıb.

SEPAH-ın Hərbi Dəniz Qüvvələri ərazidəki gəmilərə və balıqçılara xəbərdarlıq edib ki, hadisə bölgəsində suyun səthində konteynerlər üzə çıxa bilər və onlarla toqquşma təhlükəsi mövcuddur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью