Hörmüzdə neft tankerləri minaya düşdü Video

14.11.2026

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Hörmüz boğazında daha bir neft tankeri minaya düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) məlumat yayıb.
 

"Bu gün səhər saatlarında əvvəlki xəbərdarlıqlara məhəl qoymayaraq, izləmə və identifikasiya sistemlərini söndürən, Hörmüz boğazının şərqindəki təhlükəli və qadağan olunmuş ərazidə hərəkət edən neft tankeri dəniz minasına çırpılıb", - HDQ-dən bildirilib.


Qeyd olunub ki, nəticədə tankerdə yanğın baş verib və gəmi hərəkətsiz qalıb. SEPAH-ın bəyanatında bildirilib ki, Hörmüz boğazının şərqindəki qadağan olunmuş ərazidə hərəkət edən və qayda pozan neft tankerləri dəniz minalarına çırpılaraq yanğınla üzləşəcək.
Xatırladaq ki, gecə saatlarında boğazın cənubunda iki neft tankeri minaya düşüb.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью