Hörmüzdə ticarət gəmisi VURULDU Ölən var

18.08.2026

Icma.az bildirir, Bizim media portalına istinadən.

Hörmüz boğazından çıxış istiqamətində hərəkət edən ticarət gəmisi "naməlum mərmi" ilə vurulub.
Bizim.Media xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Agentliyi məlumat verib.
Zərbə nəticəsində gəminin mühərrik bölməsi zədələnib, ekipaj üzvlərindən biri həlak olub. Digər dənizçilər isə Oman sahil mühafizə xidməti tərəfindən təhlükəsiz yerə təxliyə edilərək yardım alıblar.
Böyük Britaniyanın Kral Hərbi Dəniz Qüvvələrinə bağlı fəaliyyət göstərən Dəniz Ticarəti Əməliyyatları Agentliyi gəminin adını, bayrağını və atəşin haradan açıldığını açıqlamayıb.
Hadisə ilə bağlı hələlik heç bir tərəf məsuliyyəti üzərinə götürməyib.
Bizim.Media 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью