Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyinin (UKMTO) məlumatında bildirilib. Qurumun Dəniz Təhlükəsizliyi Agentliyindən aldığı məlumata görə, ikinci zərbə göyərtədə yanğına səbəb olub. “Hörmüz boğazından keçən tankerin hücuma məruz qalması barədə məlumat daxil olub. Nəticədə gəmi sıradan çıxıb və mühərrik bölməsində yanğın başlayıb. Ekipaj təhlükəsiz vəziyyətdədir”, - məlumatda qeyd edilib. Gəmiyə dəyən ziyanın miqyası, hələ ki, məlum deyil. Tankerə hücumla bağlı araşdırma aparılır.
XQ