Hörmüzdən gizli neft axını

17.08.2026

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Yaxın Şərqdə İran müharibəsi davam etsə də, Körfəz ölkələrindən böyük həcmdə neft daşınması qlobal bazarda qiymətlərin kəskin artmasının qarşısını alır.

“Bakupost” xəbər verir ki, məlumatlı mənbələrə görə, neft Hörmüz boğazından gizli şəkildə keçirilməklə Oman körfəzindəki tankerlərə ötürülür. Bu daşımaların son dövrdə gəmilərə hücumlara baxmayaraq, davam etdiyi bildirilir.

Hörmüz boğazından müharibədən əvvəl gündə təxminən 20 milyon barel neft keçirdi. Bu, dünya neft tədarükünün təxminən beşdə birinə bərabər idi.

ABŞ Energetika naziri Kris Raytın sözlərinə görə, son bir həftədə boğazdan gündə təxminən 9 milyon barel neft keçib.

Məlumata görə, davam edən neft daşımaları Brent markalı neftin qiymətinin avqust ayının böyük hissəsində 80-90 dollar aralığında qalmasına səbəb olan amillərdən biridir.

Qeyd edək ki, müharibənin uzanacağı təqdirdə bəzi bazar iştirakçıları neftin qiymətinin 150 dollara qədər yüksələ biləcəyini proqnozlaşdırırdı.

Vüsalə Hüseynova,

BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью