Hörmüzdən gündəlik neft daşımaları 9 milyon bareli ötdü

06.09.2026

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hörmüz boğazından neft daşımalarının həcmi hazırda sutkada 9 milyon bareldən çox təşkil edir.

Axar.az xəbər verir ki, bunu ABŞ-in energetika naziri Kris Rayt CNN telekanalına açıqlamasında bildirib.

“Hazırda Hörmüz boğazından keçən neftin həcmi orta hesabla sutkada 9 milyon bareli ötür. Boğazdan yan keçən boru kəmərləri də nəzərə alınarsa, ümumi həcm münaqişədən əvvəlki səviyyənin üçdə ikisinə çatır”, - K.Rayt deyib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью