Hörmüzdən keçid rüsumları rialla ödəniləcək

11.04.2026

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

“Hörmüz boğazından keçid rüsumları rialla ödəniləcək”.

“Qafqazinfo” xəbər verir ki, bunu İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının rəhbəri İbrahim Əzizi İran dövlət televiziyasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, parlament tərəfindən hazırlanan qanun layihəsində təhlükəsiz keçid üçün rüsumların tətbiqi nəzərdə tutulur.

Əzizinin sözlərinə görə, qanun layihəsi təsdiqləndikdən sonra Hörmüz boğazı tam şəkildə Silahlı Qüvvələrin nəzarətinə veriləcək: “Bu çərçivədə Omanla əməkdaşlıq müqaviləsinin imzalanması da mümkün hesab olunur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью