Hörmüzün savaş zonasına çevrilməsini istəmirik Ərdoğan

08.07.2026

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyə Hörmüz boğazının müharibə zonasına çevrilməsinin qarşısını almaq üçün səylər göstərir.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada NATO sammitindən sonra keçirilən mətbuat konfransında deyib.

"Hörmüz boğazı ilə bağlı Türkiyə mümkün olan hər şeyi edir. Biz boğazın müharibə zonasına çevrilməsini istəmirik", - deyə Ərdoğan bildirib.

Türkiyə lideri ölkəsinin Hörmüz boğazının minalardan təmizlənməsində iştirak etməyə hazır olduğunu söyləyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью