Horovlu kəndində abad həyətlərə fərqlənmə hədiyyələri təqdim olunub

03.06.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Cəbrayıl, 3 iyun, AZƏRTAC

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən Cəbrayıl rayonunun Horovlu kəndində dayanıqlı məskunlaşmanın təşviq edilməsi, ailə təsərrüfatının inkişafına dəstək göstərilməsi və yaşayış mühitinin daha da yaxşılaşdırılmasına töhfə vermək məqsədilə tədbir keçirilib.

Bərpa, Tikinti və İdarəetmə Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbir çərçivəsində tanınmış simalar sakinlərin həyətyanı sahələrinə baxış keçirərək, onlara yaradılmış şəraitlə tanış olublar.

Həyətyanı sahələrini daha çox abadlaşdırmış ailələrə fərqlənmə əlaməti olaraq hədiyyələr təqdim edilib.

Müxbir-Aydın Yavərzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью