“Hörümçək adam ın qonorarında böyük artım

20.08.2026

Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tom Holland “Hörümçək adam: Yeni gün” filmində Piter Parker obrazına görə 100 milyon dollardan çox gəlir əldə edə bilər.

Axşam.az xəbər verir ki, bu barədə “The Wrap” məlumat yayıb.

Məlumata görə, aktyorun filmdəki əsas qonorarının ən azı 20 milyon dollar olduğu bildirilir. Bu məbləğ onun seriyanın əvvəlki filmi “Hörümçək adam: Evə dönüş yoxdur” ekran işindən aldığı qonorarından 10 milyon dollar çoxdur.

Hollandın əsas gəlirinin isə filmin dünya üzrə kassasından əldə olunan bonuslar hesabına formalaşacağı qeyd olunur. Bu ödənişlərin yuxarı limiti yoxdur.

“Hörümçək adam: Yeni gün” dünya üzrə üç həftə ərzində 2 milyard dollardan çox gəlir əldə edib. Ekran işi “Marvel” və “Sony”nin ən uğurlu layihələrindən birinə çevrilib.

Qeyd edək ki, Tom Holland 2016-cı ildə “Birinci qisasçı: Qarşıdurma” filmində "Hörümçək adam" roluna görə təxminən 250 min dollar qazanıb. “Hörümçək adam: Evə dönüş” üçün 500 min, “Evdən uzaqda” üçün 4 milyon, “Evə dönüş yoxdur” üçün isə təxminən 10 milyon dollar qonorar alıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью