Hörümçək adam LosAnceles mağazasında dalaşanları ayırıb

04.01.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Aktyor Tom Holland supermarketdə davanın qarşısını necə aldığını xatırlayıb.

Oxu.Az xəbər verir ki, o, bu əhvalatı "Men's Health" jurnalına verdiyi müsahibədə danışıb.

Holland Los-Ancelesdə alış-veriş edərkən bir-birini döymək üzrə olan kişiləri görüb. Onlardan biri aktyoru tanıyan kimi sakitləşib və bildirib ki, çox qəzəbli olsa da, "Hörümçək adam"ın xatirinə davadan əl çəkir.

Holandın sözlərinə görə, hazırda superqəhrəman filminin yeni hissəsi buraxılışa hazırlanır. "Hörümçək adam 4" 2026-cı ilin yayında ekranlara çıxacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью