Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Vyetnamda istirahət edən Rusiya vətəndaşı təhlükəli hörümçəyin dişləməsi nəticəsində xəstəxanaya yerləşdirilib.
Redaktor.az xəbər verir ki, bu barədə BAZA Telegram kanalı məlumat yayıb.
Hadisə gecə saatlarında baş verib. Yuliya adlı qadın sevgilisi Sergey və dostları ilə birlikdə ulduzları izləmək üçün açıq əraziyə gedib. O, yerə uzandıqdan qısa müddət sonra bədənində dişləmə hiss edib.
Bir neçə dəqiqə sonra qadında halsızlıq və başgicəllənmə yaranıb. Daha sonra bel nahiyəsində ağrı və bütün bədənində sızıltı hiss etməyə başlayıb.
Turist tibbi yardım üçün xəstəxanaya müraciət edib. Həkimlər ondan qan analizi götürərək ağrıkəsici dərman veriblər. Müayinə nəticələrini isə turist və onunla birlikdə olan şəxslər yeddi saatdan artıq gözləməli olublar.
İlkin ehtimala görə, qadını qara dul hörümçəkləri cinsinə aid zəhərli hörümçək dişləyib. Bildirilir ki, bu növün zəhəri güclü neyrotoksik təsirə malikdir və ağır hallarda tənəffüs iflicinə, hətta ölümə səbəb ola bilər.
NURİYYƏ