“Hörümçək toru” bu cür başlayıb Yeni video yayıldı + VİDEO

04.06.2025

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukrayna Təhlükəsizlik Xidmətinin Rusiya strateji bombardmançı təyyarələrini məhv etdiyi əməliyyatın necə başladığına dair yeni görüntülər yayımlanıb.

“AzPolitika” xəbər verir ki, “UNİAN” nəşrinin məlumatına görə, bu videonu Ukrayna Təhlükəsizlik Xidmətindəki (SBU) mənbələr ötürüb.

Video ““Hörümçək toru” bu cür başladı” başlığı ilə paylaşılıb. Videoda modul tipli evlərlə yüklənmiş yük maşınlarından birinin səfərə çıxması əks olunub. Məlum olduğu kimi, sonradan həmin evlərin üstü uzaqdan açılaraq, dronlar bombardmançı təyyarələrə doğru yönləndirilib. Prezident Volodimir Zelenski əməliyyata şəxsən nəzarət edib, planı SBU-nun başçısı Vasili Malyuk və SBU-nun əməkdaşları həyata keçirib.

“AzPolitika.info”


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью